XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

12 Aprel 2018 - 11:51

Lukaşenko Prezident İlham Əliyevə telefonla zəng edib –Təbrik
Bu gün Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Strateq.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki,Aleksandr Lukaşenko İlham Əliyevi ölkəmizdə keçirilən prezident seçkilərində böyük səs çoxluğu ilə inamlı qələbə qazanması münasibətilə təbrik edib, ona xalqımızın rifahı və Azərbaycanın inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Aleksandr Lukaşenkoya minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafından məmnunluqlarını ifadə edərək əlaqələrimizin bundan sonra da genişlənəcəyini əminliklə qeyd ediblər.