“Suriyada hərbi əməliyyatlar başlasa, “İncirlik”lə bağlı müzakirələr aparılacaq” –Türkiyə XİN

Suriyada hərbi əməliyyatların başlayacağı təqdirdə, İncirlik hərbi bazasının istifadə olunub olunmaması ilə bağlı müzakirələr aparılacaq.
Bu barədə Türkiyə XİN-in rəsmi nümayəndəsi Hami Aksoy bildirib.
Aksoy deyib ki, bu barədə aprelin 16-da Türkiyəyə səfər edəcək NATO Baş katibi Yens Stoltenberqlə müzakirələr aparılacaq/Trend.