XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

17 Aprel 2015 - 11:27

Ucuzlaşan türk lirəsi Ərdoğanın “siyasi kapitalı”nı necə DAĞIDIR?

erdoqan pul.jpg

Türk lirəsinin dəyərinin dollara nisbətdə rekord səviyyədə aşağı düşməsi Baş nazir Dadudoğlu hökumətini ciddi narahat etməyə başlayıb. Hökumət Türkiyə Mərkəzi Bankının qəti addımlar atmasını tələb edir.

Mütəxəssislərə görə isə zəif iqtisadi inkişafla dəyər itirən lirə arasında qalan Mərkəzi Bank hazırda ən yaxşı strategiya kimi valyuta bazarına müdaxilə etməməyi seçib.

Mərkəzi Bank növbəti həftənin 3-cü günü pul siyasəti ilə bağlı toplantı keçirməyi nəzərdə tutub. Bank artan təzyiqlər fonunda müzakirəyə çıxarılacaq məsələlər barədə məlumat verməyə məcbur olub.

Mərkəzi Bank müyyən texniki dəyişikliklərlə lirəni qorumaq niyyətindədir. Bununla belə, qeyd olunur ki, zərurət yarandığı halda digər vasitələrdən də istifadə oluna bilər.

Ekspertlərin əksəriyyəti qeyd edir ki, hazırda lirənin dollara ucuzlaşması rekord səviyyədə olsa da, bu faicə kimi qəbul edilməməlidir. ABŞ-da müşahidə olunan iqtisadi artım dolların bahalaşmasını şərtləndirir və heç kim bundan sığortalanmayıb. Bu baxımdan Türkiyə Mərkəzi Bankı ehtiyatlı davranmalı və valyuta bazarını möhkəm silkələyəcək addımlardan çəkinməlidirlər. Ekspertlərin fikirincə, bu ilin sonuna qədər 1 dollar 1.80, 1,90 lirəyə qədər bahalaşa bilər.

Hazırda 1 dollar 1.70 lirə dəyərindədir.

Prezident Ərdoğan üçün isə dolların bahalaşması yalnız iqtisadi yox, siyasi baxımdan problem yarada bilər. Qarşıdan parlament seçkiləri gəlir və Ərdoğan iqtidarı dolların bahalaşmasının hökumətin iqtisadi siyasəti ilə bağlı tənqidləri gücləndirəcəyindən ehtiyat edirlər. Ekspertlərin fikirincə, Mərkəzi Bank məhz siyasilərin çox ciddi təzyiqinə məruz qalır.

Strateq.az