“Kubok oyunudu, iki oyundan ibarətdi. Uzun müddətdi uduzmurduq, havalarda idik”.
Bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov ölkə kubokunda “Keşlə”yə 0-1 hesablı məğlubiyyətdən sonra deyib.
Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən məşqçi bunları söyləyib:
– Tribunaya göndərildikdən sonra oyunu hardan izlədiniz?
– Oyunu kənardan izləyirdim. Biz bilirdik ki, “Keşlə”nin oyunçuları sarı limitindədi. Yəqin, bunu hakimlərə də tapşırmışdılar. Biz qırmızı yox, sarı vərəqə istədik. Hakimə dedim ki, niyə vermirsiz? Buna görə tribunaya göndərməzlər. Göndərməyin səbəbini tapşırıqda görürəm. Ya məni göndərməli idilər, ya da Seymuru.
– Sizcə, bu tapşırığı kim verib?
– Yəqin, komitədən belə deyiblər. Amma biz lazım olan vaxtı etirazımızı bildirməliyik. Qərar tam haqsız idi. Mən iddia edirəm ki, “Keşlə”nin 3 futbolçusu sarı vərəqə almalı idi. Gələn dəfədən başqa dild danışacağam/Qol.az.