XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 April 2018 - 10:48

Müdafiə Nazirliyi:“Ermənilərin yük avtomobilinin atəşə tutulması xəbəri yalandır”

 

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan tərəfinin guya Azərbaycan Ordusunun ermənilərə məxsus mülki yük maşınını atəşə tutması barədə yaydığı məlumata münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətindən APA-ya bildirilib ki, “Ermənistan tərəfinin yaydığı məlumat yalandır”.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun ermənilərə məxsus yük avtomobilini atəşə tutması barədə məlumat yayıb.