XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

17 Aprel 2015 - 11:52

Bakıya quş ovuna gələn Dubay şahzadəsi otelə 162 min dollar ÖDƏYİB

dubay emir.jpg

Bu il mart ayının sonunda Azərbaycanda səfərdə olan Dubay şahzadəsi Həmdan bin Məhəmməd əl Məktum qaldığı “Fairmont Baku” otelinə 162 min ABŞ dolları ödəyib.

Strateq.az saytına daxil olan məlumata görə, 75 nəfərlik nümayəndə heyətilə ölkəmizdə səfərə gələn şahzadə adı çəkilən oteldə 5 gün qalıb. Bakı və Azərbaycanın digər bölgələrini gəzən, ova çıxan şahzadə ölkəsinə döndükdən bir neçə gün sonra atası, Dubay şeyxi Məhəmməd bin Rəşid əl Məktum da Azərbaycana gəlib.

O da oğlu kimi, “Fairmont Baku” otelini seçib və 3 gün burada qalıb. Həm oğul, həm də şahzada oteldə qaldıqları müddət ərzində yüksək səxavət nümayiş etdiriblər. Qaldıqları müddətdə xidmət edən otel işçilərini yaxşıca sevindirə biliblər.

Strateq.az