XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

14 Aprel 2018 - 08:43

Pentaqon:“Suriyaya raket zərbəsi başa çatıb”

ABŞ müdafiə naziri Ceyms Mettis Suriyaya ilk raket zərbəsinin başa çatdığını bildirib.

Strateq.az Reutrers-ə istinadən bildirir ki, Mettis zərbələrin birdəfəlik olduğunu deyib, əlavə hücum planlaşdırılmasa da, istisna olunmur.

Nazir dəqiqləşdirib ki, bu atəşə 2017-cu ildəkindən iki dəfə çox resurs cəlb edilib. Bu günki hücumun hədəfi kimyəvi silah işlənməsi və hazırlanması üzrə obyektlər seçilib.

O deyib: “Əsəd keçən il siqnalı qəbul etmədi. Bu gün müttəfiqlərimizlə daha güclü zərbə endirdik. Əsədə və ona tabe qatillərə siqnal verdik ki, daha bir kimyəvi hücum təşkil etməməlidirlər”.

Mettis əlavə edib ki, zərbələrin gedişində ABŞ itki verməyib.