XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 April 2018 - 18:13

Azərbaycan Premyer Liqası:"Qarabağ"növbəti qələbəsini qazanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura start verilib.

“Report”un Gəncəbasar bürosunun məlumatına görə, açılış oyunu Gəncədə autsayder “Kəpəz”lə lider “Qarabağ” arasında keçirilib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə topu 23-cü dəqiqədə Ramil Şeydayev vurub. Bununla da 22 yaşlı hücumçu Ağdam komandasının heyətində Premyer Liqada qol hesabını açıb.

Bu qələbə sayəsində xallarını 56-ya çatdıran “Qarabağ” ardıcıl 5-ci çempionluğa doğru daha bir addım atıb. “Kəpəz” isə 12 xalla sonuncu pillədə qalıb.

Qeyd edək ki, tura aprelin 15-də “Qəbələ” – “Səbail”, “Sumqayıt” – “Keşlə” və “Zirə” – “Neftçi” görüşləri ilə yekun vurulacaq.