XƏBƏR LENTİ

26 May 2020

Digər Xəbərlər

14 Aprel 2018 - 21:49

Məşhur Oskar mükafatı laureatı Miloş Forman vəfat edib

Dünya şöhrətli rejissor, Oskar mükafatı laureatı Miloş Forman vəfat edib.

Azərtac Rusiya KİV-lərinə istinadla xəbər verir ki, onun ölüm səbəbi açıqlanmır.

Miloş Forman 1932-ci ildə Çexoslovakiyada anadan olub. Sovet qoşunlarının müdaxiləsindən sonra ölkəni tərk edərək Fransaya mühacirət edib. Sonra isə ABŞ-a köçüb. Məşhur rejissor “Ququ quşu yuvası üzərindən uçarkən”, “Amadey”, “Ayda adam”, “İnamı qoruyun”, “Xalq Lerri Flintə qarşı” və s. filmlərin müəllifidir.

Xatırladaq ki, Miloş Formanın “Ququ quşu yuvasının üzərindən uçarkən” filmi Ken Kizinin eyniadlı romanı əsasında 1975-ci ildə ekranlara çıxıb. Baş rollarda Cek Nikolson və Luiza Fletçerin çəkildiyi film 5 “Oskar” və “Qızıl qlobus”un 5 əsas mükafatını qazanıb.

Ekran işi Amerika kinematoqrafiyasının “yeni dalğa”sında vacib hadisə adlandırılıb.