XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

17 Aprel 2015 - 13:19

Nazirlə deputat rəfiqəsinin məhkəməsi 22 aprelə QALDI

Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialının keçmiş direktoru Tovuz Eminlinin Təhsil naziri Mikayıl Cabbarova qarşı verdiyi şikayət üzrə məhkəmə çəkişməsi aprelin 22-də davam etdiriləcək.

Bu barədə Strateq.az-a daxil olan məlumata görə, Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialının keçmiş direktoru Tovuz Eminli nazir Mikayıl Cabbarovun 03.06.2013-cü il tarixli 11/491 nömrəli əmri ilə vəzifədən azad edilməsini qanunsuz sayır və bu səbəbdən nazirə qarşı məhkəmədə iddia qaldırıb:

“Bu iş Nərimanov rayon Məhkəməsindən Ali Məhkəməyə qədər uzanıb. Ali Məhkəmə sabiq direktorun «işdən azad olunma barədə əmrin ləğv olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələblərindən bəhs edən şikayətini yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə geri qaytarıb. Bakı Apellyasiya Məhkəməsinin hakimi Sənan Hacıyev iş üzrə 3 dəfə təyin etdiyi iclasda qərarını elan etməyib. Yəqin ki, aprelin 22-də keçiriləcək növbəti prosesdə hakim qətnaməsini elan edəcək”.

Onu da qeyd edək ki, Mikayıl Cabbarov Tovuz Eminlinin vəzifə funksiyalarının icrasında ciddi nöqsanlara yol verməkdə ittiham edərək, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, onu vəzifədən azad edib.

Məlumatda Tovuz Eminlinin Müəllimlər institutunun direktoru, deputat Aqiyə Naxçıvanlı ilə yaxın rəfiqə olduğu da bildirilir…

Strateq.az