XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 April 2018 - 17:27

Rus nazir azərbaycanlı “qanuni oğru”ya qadağa qoydu- Bir daha Rusiya ərazisinə girə bilməyəcək

41 yaşlı azərbaycanlı “qanuni oğru” İlqar Əliyev (İlqar Dmanisski) Moskvanın Vnukovo hava limanından Bakıya deportasiya edilib.

Lent.az-ın məlumatına görə, bir qədər əvvəl həbsxanadan çıxan Dmanisski bir daha Rusiya ərazisinə girə bilməyəcək. Onun ömürlük deportasiyası ilə bağlı Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev xüsusi sərəncam imzalayıb.

Bir neçə dəfə həbsxana həyatı yaşayan “qanuni oğru” sonuncu dəfə 2014-cü ildə Ded Xasanın məkanı kimi tanınan “Starıy fayton” restoranında narkotiklə saxlanılmışdı.