XƏBƏR LENTİ

26 May 2020

Digər Xəbərlər

15 Aprel 2018 - 20:57

Azərbaycan Premyer Liqası:“Qəbələ”-“Səbail” oyunu başa çatdı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.

“Report” xəbər verir ki, Qəbələdə şəhərin eyniadlı təmsilçisi ilə “Səbail” üz-üzə gəlib.

Matçda hesabı qonaqlar açıb. Paytaxt təmsilçisinin heyətində 55-ci dəqiqədə Fəhmin Muradbəyli fərqlənib. Lakin meydan sahibləri 82-ci dəqiqədə Famussa Konenin qolu ilə yekun nəticəni müəyyənləşdiriblər – 1:1.

Bu heç-heçədən sonra komandaların turnir cədvəlindəki mövqeləri dəyişməz qalıb. “Qəbələ” 42 xalla 2-ci, “Səbail” isə 19 xalla 6-cı pillədədir.

İlk oyun günündə “Qarabağ” “Kəpəz”i bir cavabsız qolla məğlub edib. XXIII tura hazırda davam edən “Sumqayıt” – “Keşlə” və 19:00-da start götürəcək “Zirə” – “Neftçi” matçları ilə yekun vurulacaq.