XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 April 2018 - 22:14

Yerevandakı aksiyadan son xəbər:"Mitinqçilər "Fransa" meydanında gecələmək istəyirlər"

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazir təyin edilməsinə etiraz əlaməti olaraq paytaxt Yerevanda aksiya keçirən mitinq iştirakçıları marşal Baqramyan prospektindən “Fransa” meydanına qayıdıblar.

Bu barədə aksiya iştirakçılarına rəhbərlik edən Nikol Paşinyan bildirib.

O, qeyd edib ki, aksiyaçılar parlament binasının yerləşdiyi meydanda gecələmək niyyətindədirlər. Aksiyaçılar həmçinin sabah tətil keçirmək və parlamentin binasını mühasirəyə almaq istəyirlər.

“Kim bu gecə bizimlə qalmaq istəyirsə, onlara minnətdarıq. Sabah bizim vacib işimiz var: – tətil və parlament binasının blokadası”, – deyə Paşinyan “Fransa” meydanında keçirilən mitinqdə bildirib.

Paşinyanın rəhbərlik etdiyi aksiyanın iştirakçıları bu gün parlamentin binasına daxil olmağa cəhd göstəriblər. Bu zaman polis onları sıxışdıraraq binadan çıxarıb. Nəticədə onlarla insan xəsarrət alıb.

Mitinqçilər həmçinin marşal Baqramyan prospektindəki düşərgəni “Fransa” meydanına köçürmək istəyir və orada qalmaq istəyirlər.

Sabah parlamentdə Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinin müzakirəsi gözlənilir/Report.