XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

18 Aprel 2018 - 00:31

Şəhriyarın abidəsi ən qısa zamanda bərpa ediləcək –Prokurorluq araşdırır, Şəhər Məclisi vəd verir

Mərhum ustad şair Şəhriyarın büstünün dağıdılması İranda ciddi rezonans və hiddət doğurub.

Strateq.az xəbər verir ki, Ərdəbil əyalətinin Parsabad-Muğan şəhərində, eyniadlı meydanda ucaldılan abidənin sökülməsinə İran KİV-lərində və sosial şəbəkələrdə sərt təpki ifadə edilib.

Parsabad şəhrdarı (valisi) Rəhmət Ənvəri gündəlik “Qanun” qəzetinə verdiyi açıqlamada aprelin 15-də baş vermiş hadisəni qanunazidd adlandırıb. “Bir sıra qanunlar bu sayaq hərəkətin yol verilməsinə icazə vermir. Buna görə də, Şəhriyarın büstünün sökülməsinə göstəriş vermiş Şəhər Məclisinin üzvündən şikayət olunub. Hazırda prokurorluq orqanları məsələni araşdırırlar. Parsabadlılar bu insidentdən xeyli məyus olublar”.

Parsabad prokurorluğunda da araşdırmanın davam etdirildiyi təsdiqlənib.

Büstün sökülməsinə heç bir məntiqli və inandırıcı səbəb göstərilməyib. Hətta Şəhər Məclisinin sözçüsü Bəhruz Abdullahi də təmsil etdiyi qurumun bu addımı ilə bağlı dürüst izah verməkdə çətinlik çəkib. O deyib: “Bu acı təəssüratlı hadisəni unutdurmaq üçün abidə ən qısa zamanda bərpa ediləcək”.