XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

18 Aprel 2018 - 12:46

Aeroporta gedən “Ekspress” avtobuslar Milli Gimnastika Arenasının qarşısında dayanacaq- FOTO

“28 May” – hava limanı istiqamətində hərəkət edən “Ekspress” avtobuslar Milli Gimnastika Arenasının qarşısında dayanacaq.

Bu barədə Azərtac-a Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.

O bildirib ki, hazırda “28 May” – hava limanı istiqamətində hərəkət edən “Ekspress” avtobusların dayanacaqlarından biri “Koroğlu” metro stansiyasının qarşısındakı dayanacaq məntəqəsidir. Metronun “Koroğlu” stansiyasının hava limanı istiqamətindəki çıxışının qarşısında xaotik vəziyyətin və tıxacın aradan qaldırılması ilə bağlı avtobus dayanacaq məntəqəsi ləğv edildikdən sonra “28 May” – hava limanı istiqamətində hərəkət edən “Ekspress” avtobuslar aprelin 21-dən Milli Gimnastika Arenasının qarşısında dayanacaq.