XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 April 2018 - 19:03

Hazırda havada tozun miqdarı normadan 18 faiz yuxarıdır- Nazirlik

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 18:00-da sanitar normadan 18 faiz yuxarı olduğu qeydə alınıb.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Saat 15:00-da bu göstərici 10 faiz təşkil edib.

Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanına səbəb Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə ölkə ərazisinə zəif toz-dumanının daxil olmasıdır.