XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Aprel 2018 - 19:21

“Sumqayıt”-“Keşlə” qarşılaşmasında qalmaqal- Hakim baş məşqçini meydandan qovdu

“Sumqayıt” və “Keşlə” komandaları arasında keçirilən Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşünün 71-ci dəqiqəsində qalmaqal baş verib.

“Report”un məlumatına görə, buna meydan sahiblərinin müdafiəçisi Bəxtiyar Həsənalızadənin qonaq komandanın futbolçusu Sezar Meza Kolliyə qarşı sürüşmə fəndi səbəb olub.

“Keşlə”nin baş məşqçisi Yuri Maksimov önündə yaşanan hadisə ilə əlaqədar Həsənalızadəyə sərt etiraz edib. Bu isə “Sumqayıt” cəbhəsinin kəskin etirazı ilə qarşılanıb. Bundan sonra münaqişənin miqyası böyüyüb və olay yerinə digər futbolçular da gəlib.

Ara sakitləşdikdən sonra baş hakim Əliyar Ağayev Maksimovu meydandan qovub. Ukraynalı mütəxəssis meydanı qaça-qaça tərk etdiyi vaxt ona tribunadan su qabı atılıb.

Qeyd edək ki, hazırda hesab bərabərdir – 1:1.