XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 April 2018 - 16:04

Bakı və Abşeronda tozun miqdarı nisbətən aşağı düşüb –Nazirlikdən xəbər

Bakı və Abşeron yarımadasında müşahidə olunan tozun miqdarı nisbətən aşağı düşüb.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinaədn bildirir ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, 19 aprel 2018-ci il tarixində saat 15:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 35 faiz yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, saat 12:00-da bu göstərici 37 faiz təşkil edirdi.