XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

20 Aprel 2018 - 11:14

Baş nazir Serj Sərkisyan:“Qarabağ məsələsi yalnız qarşılıqlı güzəştlərlə həll oluna bilər”  

“Dağliq Qarabağ münaqişəsi yalnız danışıqlar və güzəştlər yolu ilə həll oluna bilər”.

Strateq.az bildirir ki, bu sözləri Ermənistanın yeni baş naziri Serj Sərkisyan “Şant” telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, o, problemin həllinin gələcək nəslə saxlanılacağına dair fikirləri bölüşmür: “Danışıqlar prosesi davam etməlidir. Sizin soruşduğunuz “məsələnin həllinə başqa yanaşma” narahatlıq doğurur. “Başqa” nə deməkdir? Ermənistanda Qarabağı Azərbaycana verməyə razı olan adamlar ola bilər? Bu mənə o qədər də aydın deyil”.

Baş nazir deyib ki, sülhə aparan əsas yol güzəştlərdir: “Razılığa gəlmək üçünsə hər iki tərəfin fikirlərini nəzərə almaq lazımdır”.

Sərkisyan bildirib ki, sabitliyi saxlamaq üçün əsas vasitə orduda döyüş qabiliyyətini yüksəltməkdir: “Biz həmçinin müttəfiqlərimizlə olan əməkdaşlığımızı da inkişaf etdirməli, və dərinləşdirməliyik. Çünki onlardan çox şey asılıdır”.