XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 April 2018 - 14:02

Fransa yığması dünya çempionu olarsa…- Hər oyunçu 400 min avro alacaq

Futbol üzrə Fransa yığma komandasının dünya çempionatında qızıl medal qazanacağı təqdirdə hər bir futbolçusunun alacağı mükafat müəyyənləşib.

“Report”un “L`Equipe”ə istinadən verdiyi məlumata görə, komandanın hər bir üzvü mundialı qalib başa vuracaqları halda 400 min avro əldə edəcək.

Mənbənin bildirdiyinə əsasən, komandaya 2016-cı ildə Avropa çempionu olmaq üçün 300 min avro vəd olunmuşdu. Fransa yığması finalda Portuqaliyaya məğlub olduğuna görə bu məbləği ala bilməyib.

Qeyd edək ki, DÇ-2018 iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək.