Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start verilib.
“Report”un məlumatına görə, açılış oyununda “Keşlə” “İnter Arena”da “Zirə” ilə üz-üzə gəlib.
Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə hesabı qonaqlar açıb. 36-cı dəqiqədə Milan Düriç penaltidən fərqlənib. Lakin fasilədən sonra meydan sahibləri 2 qol vurublar. 50-ci dəqiqədə Andre Klennon bərabərlik, 69-cu dəqiqədə Vaqif Cavadov qələbə topunu vurub.
Bu nəticədən sonra “Zirə” 35 xalla 4-cü pillədə qərarlaşıb. “Keşlə” isə 21-ci xalını qazanaraq 6-cı pilləyə yüksəlib.
Qeyd edək ki, turun digər matçları mayın 22-də keçiriləcək. “Neftçi” “Qəbələ”ni, “Sumqayıt” “Qarabağ”ı, “Səbail” isə “Kəpəz”i qəbul edəcək.
Azərbaycan Premyer Liqası
XXIV tur
21 aprel (şənbə)
16:00. “Keşlə” – “Zirə” – 2:1
Qollar: Andre Klenon, 50. Vaqif Cavadov, 69 – Milan Düriç, 36-penalti ilə
Bakı. “İnter Arena”
İlk üç dövrə – 1:1, 0:1, 2:1