XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

21 Aprel 2018 - 19:15

Pekin film festivalı çərçivəsində müqavilələr imzalanıb- 4 milyard dollarlıq

Pekində keçirilən illik beynəlxalq film festivalı çərçivəsində rekord məbləğdə müqavilələr imzalanıb.

Azərtac “Chinadaily.com.cn” nəşrinə istinadla xəbər verir ki, 79 yerli və xarici şirkət, ümumilikdə 4,15 milyard ABŞ dolları dəyərində 38 layihə üzrə müqavilələr imzalayıblar. Bu məbləğ ötən ilki göstəricidən 49 faiz çoxdur.

Müqavilələrin imzalanma mərasimi 2011-ci ildən bəri keçirilən Pekin beynəlxalq film festivallarının ən vacib və diqqətçəkən tədbirlərindən biridir. Kino, televiziya, reklam, ümumiyyətlə kino sənayesi ilə bağlı şirkətlər film festivalından öz biznes əlaqələrini genişləndirmək üçün yararlanmağa çalışırlar.

Qeyd edək ki, hazırda dünyanın ən böyük ikinci kino bazarı olan Çində kassa yığımı 2003-cü ildən bəri hər il orta hesabla 35 faiz çoxalıb. Ötən il Çində kassa yığımı 8 milyard dollara yaxın olub. Mütəxəssislər hesab edir ki, 2020-ci ildə Çində film nümayişinin kassa yığımının ümumi məbləği 15 milyard dollara çatacaq.