XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 April 2018 - 10:36

Türkiyənin baş naziri Novruz Məmmədova zəng vurdu –Təbrik etdi  

 

Türkiyənin Baş naziri Binəli Yıldırım Azərbaycanın yeni baş naziri təyin edilən Novruz Məmmədovu təbrik edib.

APA-nın “sonhaberler.com” saytına istinadən verdiyi məlumata görə, Milli Məclisin baş nazir təyin edilməsinə razılıq verməsindən sonra N. Məmmədova zəng edən B. Yıldırım ona vəzifəsində uğurlar arzulayıb.

B.Yıldırım və N. Məmmədov Türkiyə və Azərbaycanın “İki dövlət, bir millət” anlayışı ilə əməkdaşlığının davam edəcəyini, ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyini vurğulayıblar.