XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

24 Aprel 2018 - 09:51

Qazax rayonu istiqamətində növbəti monitorinq keçiriləcək –ATƏT tərəfindən

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 25-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Bu barədə Strateq.az-a Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçirəcəklər.

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Oqnyen Yoviç, Mixail Olaru və Saymon Tiller keçirəcəklər.