Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova 2017-ci il üzrə illik məruzəni təqdim edib.
“Report”un xəbərinə görə, deputatların müzakirəsindən sonra hesabat səsverməyə çıxarılaraq qəbul olunub.