XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

25 Aprel 2018 - 16:05

Azərbaycanın müdafiə naziri Çinə səfər edəcək- Bu tarixdə

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının üzvü, ÇXR milli müdafiə naziri, general-polkovnik Vei Fenxenin dəvəti ilə aprelin 26-da Pekin şəhərinə yola düşəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, rəsmi səfər çərçivəsində ÇXR-in hərbi-siyasi rəhbərliyinin və digər dövlət strukturlarının rəsmiləri ilə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Çinin hərbi sənaye kompleksinə daxil olan müəssisələrə nəzərdə tutulan ziyarət zamanı Azərbaycan nümayəndə heyəti ordumuzun hərbi potensialını gücləndirəcək müasir döyüş texnikaları və digər hərbi təyinatlı məhsullar ilə tanış olacaq.