XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

26 Aprel 2018 - 13:48

Paytaxtın Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır –Səbəb

Paytaxtın Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır.

Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

O, bildirib ki, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Heydər Əliyev prospektinin “Böyük Şor” yol qovşağından Xətai prospekti ilə kəsişməyədək olan hissəsində hər iki istiqamət üzrə əsas yol boyu üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq, aprel ayının 26-dan 27-nə keçən gecə hərəkət məhdudlaşdırılacaq. Məhdudlaşdırma səhər saatlarınadək bir-neçə saatlıq qüvvədə olacaq.

Sürücülərdən qeyd olunan saatlarda alternativ olaraq prospektin yan yollarından istifadə etmələri xahiş olunur/Trend.