XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

26 Aprel 2018 - 19:00

Yeni nazir KTN-nin müəssisələrinin fəaliyyəti ilə tanış olub –FOTO

Bu gün kənd təsərrüfatı naziri İnam Kərimov “Baytarlıq şəhəriciyi”, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin inzibati laboratoriya binası ilə tanış olub.

Kənd Təsərrüfatı Nazirliyindən (KTN)  Strateq.az-a verilən məlumata görə, əvvəlcə İnam Kərimov “Baytarlıq şəhərciyi”ndə yerləşən nazirliyin Aqrar Elm və İnformasiya Mərkəzi, Baytarlıq Elmi-Tədqiqat İnstitutu, Kənd Təsərrüfatı Muzeyi, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) inzibati binasında olub. Nazirə bu qurumların fəaliyyət sahələri barədə ətraflı məlumat verilib.

Daha sonra nazir Dövlət Fitosanitar Nəzarəti Xidmətinin inzibati laboratoriya binasında olub. İnam Kərimov əvvəlcə Dövlət Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət və Respublika Karantin Ekspertiza mərkəzlərinin laboratoriyalarında yaradılan şəraitlə maraqlanıb.

Nazirə Respublika Karantin Ekspertiza Mərkəzinin tərkibində Entomologiya, Fitopatologiya, Virusologiya, Fitohelmintologiya, Herbologiya və Molekulyar diaqnostika, Dənin keyfiyyət göstəricilərinin təyini laboratoriyalarının, Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinin tərkibində isə pestisidlərin, nitrat və nitritlərin qalıq miqdarının və ağır metalların təyini, həmçinin digər laboratoriyaların fəaliyyət göstərdiyi barədə məlumat verilib.

İnam Kərimov Dövlət Xidmətinin Vahid Avtomatlaşdırılmış İnformasiya Sistemləri (VAİS) və burada görülən işlərlə də yaxından tanış olub. Nazirə idxal-ixrac prosesində “bir pəncərə” prinsipi, xidmətin elektronlaşdırılması sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.