XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

26 Aprel 2018 - 20:23

Ermənistanın yeni baş naziri nə vaxt müəyyənləşəcək? –Parlamentin vitse-spikeri tarixi açıqladı

Ermənistanın hakim Respublikaçılar Partiyasının ölkənin baş naziri vəzifəsinə namizədi parlament fraksiyasının iclasında müəyyənləşəcək.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Ermənistan parlamentinin vitse-spikeri, Respublikaçılar Partiyasının İdarə Heyətinin üzvü Eduard Şarmazanov məlumat verib: “Qanuna əsasən, biz bu məsələni aprelin 30-dək həll etməliyik”.

Lakin Eduard Şarmazanov fraksiyanın iclasının nə vaxt keçiriləcəyini deməyib.

Qeyd edək ki, baş nazirin təyinatı ilə bağlı məsələ ölkə parlamentinin mayın 1-də keçiriləcək xüsusi iclasında müzakirə olunacaq/Report.