XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

28 Aprel 2018 - 11:21

Məşhur erməni politoloqu Andranik Miqranyan:“Erməni olduğum üçün xəcalət çəkirəm”

Ermənilərin Rusiya İttifaqı İdarə Heyətinin üzvü, tanınmış politoloq Andarnik Miqranyan Moskvada diaspora və Ermənistanın qarşılıqlı münasibətlərinə həsr edilmiş dəyirmi masada çıxış edərkən İrəvan mitinqlərinə qatılanları “qaragüruh” adlandıraraq bildirib ki, “erməni olduğum üçün xəcalət çəkirəm”.

Strateq.az xarici nəşrə isnadən xəbər verir ki, tədbirdə ictimai birlik rəhbərləri, akademiklər, siyasətçilər, iş adamları, hüquqşünaslar, sovet dövlət xadimərinin və Qələbə marşallarının övladları, gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Çıxış edənlər Ermənistanda baş verən hadisələrlə bağlı son dərəcə narahatlıqlarını ifadə edərək mürəkkəb geopolitik durumda olan ölkədə tərəfləri zora əl atmamağa və problemləri dialoq yoluyla həll etməyə çağırıblar.