XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 April 2018 - 11:05

Maradona baş məşqçi vəzifəsindən istefa verib- Bu səbəbdən

Dieqo Maradona Birləşmiş Ərəb Əmirliklərinin I divizionunda çıxış edən “Əl-Fucayra” komandasının baş məşqçisi postundan istefa verib.

“Report” BBC-yə istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis qarşıya qoyulan tapşırığı – komandanı yüksək dəstəyə çıxarmağı bacarmadığı üçün postundan ayrılıb.

Qeyd edək ki, Maradona ötən ilin mayından “Əl-Fucayra”ya rəhbərlik edirdi. O, 2008 – 2010-cu illərdə Argentina millisinin baş məşqçisi olub.