XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

28 Aprel 2018 - 15:37

Rusiyalı pilot Azərbaycan Qran-prisində qəzaya uğrayıb

“Formula-1” üzrə Azərbaycan Qran-prisində ikinci qəza baş verib.

“Report” xəbər verir ki, “Williams”ın sürücüsü Sergey Sirotkin idarə etdiyi bolid səddə çırpılıb.

Nəticədə rusiyalı pilot mübarizəni dayandırıb. Onun maşını trasdan götürülüb.

Qeyd edək ki, aprelin 28-də ilk sərbəst yürüşü zamanı “Red Bull”un pilotu Maks Ferstappenin idarə etdiyi bolid səddə çırpılıb. Bu gün isə “Formula- 2” yarışında “Campos Vexatec Racing” komandasının pilotları – Luka Qotto və Roy Nissani qəza keçirib.