XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

28 Aprel 2018 - 17:57

Dünya məşqçilərinin reytinq siyahısı açıqlanıb- Siyahı

Dünya məşqçilərinin reytinq siyahısı açıqlanıb.Apasport.az saytının məlumatına görə, cədvəldə Azərbaycan Premyer Liqasında çalışan mütəxəssislər də yer alıb.

Onlardan ən yaxşı nəticə “Qarabağ”ın və Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanova məxsusduR. 46 yaşlı mütəxəssisin hesabında 1169 xal var. O, planetin 470-ci məşqçisidir. Həmyerlimiz son siyahı ilə müqayisədə 2 pillə irəliləyib.

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk isə 927-ci yerdədi. Aktivində 255 xalı olan ukraynalı 1 pillə geriləyib.

Siyahıda “Zirə”nin baş məşqçisi Ayxan Abbasovun da adı var. 217 xala malik gənc mütəxəssis 3 çalışdırıcını qabaqlamaqla, 969-cu yerə qalxıb.

Qeyd edək ki, reytinq siyahısına Zinəddin Zidan başçılıq edir. “Real”ın baş məşqçisinin hesabında 17118 xal var. “Barselona”nı çalışdıran Ernesto Valverde 15485 xalla ikincidir. “Üçlüy”ü “Qremio”ya rəhbərlik edən Renato Qauşo qapayır. O, 14202 xala malikdir.