Azərbaycan Premyer Liqasının XXV turunda daha bir qarşılaşma keçirilib.
“Report”un məlumatına görə, “Keşlə” klubu doğma azarkeşlər önündə “Neftçi” ilə üz-üzə gəlib.
Qarşılaşma “Keşlə”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə hesabı da meydan sahibləri açıb. Vaqif Cavadov 21-ci dəqiqidə fərqlənməklə komandasını hesabda önə keçirib. 42-cü dəqiqədə isə qonaqlar tarazlığı bərpa edib. Namiq Ələsgərov bərabərlik qolunu vurub. 68-ci dəqiqədə isə Adrian Skarlatake komandasına qələbə qazandıran qola imza atıb.
Qeyd edək ki, bu gün daha bir görüş baş tutacaq. “Qəbələ” evdə “Kəpəz”lə qarşılaşaq. Turun ilk matçında “Qarabağ” səfərdə “Zirə”ni 2:1 hesabı ilə üstələyib. Tura sabah keçiriləcək “Sumqayıt” – Səbail” görüşü ilə yekun vurulacaq.
16:00. “Keşlə” – “Neftçi” – 2:1 (İKİNCİ HİSSƏ)
Qol: Vaqif Cavadov, 21. Adrian Skarlatake, 68 – Namiq Ələsgərov, 42
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Nahid Əliyev, Ömər Paşayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Füzuli Nəcəfov
“İnter Arena”