Çin Xalq Respublikasına rəsmi səfər çərçivəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin hərbi sənaye kompleksinə daxil olan “Poly Technologies” şirkətində olub.
Bu barədə Müdafiə Nazirliyindən Strateq.az-a veirlən məlumata görə, şirkətin rəhbərliyi ilə görüşdə general-polkovnik Z.Həsənova bu müdafiə sənayesi müəssisəsinin fəaliyyəti barədə ətraflı məlumat verilib.
Sonra Müdafiə naziri müəssisənin istehsal etdiyi müasir döyüş texnikası və digər hərbi təyinatlı məhsullar ilə tanış olub.