“Art Grand Prix” komandasının pilotu Corc Rassel Bakıda keçirilən “Formula 2” üzrə ikinci yarışın qalibi olub.
Strateq.az “Report”a istinadən bildirir ki, britaniyalı pilot 21 dövrəlik yarışda rəqiblərini qabaqlayıb.
“Carlin”nin sürücüsü Serxio Sette Kamara ikinci, “Prema Powerteam”ın pilotu Nik de Vris isə üçüncü yeri tutub.
Qalibi Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevmükafatlandırıb.
“Formula-2”nin birinci – 29 dövrəlik yarışında “Dams” komandasının pilotu Aleksandr Olbon rəqiblərini qabaqlayıb.