“Telegram” messencerində baş vermiş problem Amsterdamın əyalətlərində elektrik enerjisinin kəsilməsi ilə bağlı olub.
Bu barədə messencerin Tvitter-də dərc edilmiş məlumatında qeyd edilir.
“Telegram” nümayəndələri istifadəçilərdən yaranmış problemə görə üzr istəyib və bildirib ki, buna görə, aprelin 29-da messencerin işində nasazlıqlar yaranıb: “Avropa, Misir, Küveyt və Rusiyada “Telegram”a giriş mümkün olmayıb. Həmçinin “Telegram”a giriş Azərbaycanda da problem yaradıb”/Teleqraf.com.