Boliviyanın keçmiş diktatoru, hərbi xunta rejiminin qurucusu kimi xatırlanan Luis Qarsiya Mesa La-Pasa hospitalında 88 yaşında ölüb.
L.Q.Qarsiya dünən kritik durumda Kosmill hospitalına yerləşdirilmişdi.
Həkimlərin sözlərinə görə, 4-cü dəfə infarkt olan eks-diktatorun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, 1980-ci ildə Boliviyada hakimiyyətə gələn Luis Qarsiya 13 ay ərzində ölkəsində hərbi diktaturanı bərqərar etmişdi/Axar.az.