XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 April 2018 - 10:25

“Formula-1”  Azərbaycanın Vergilər Nazirliyini məhkəməyə verib –İşə Bakı Apellyasiya Məhkəməsi baxır

Azərbaycada «Formula-1» yarışlarının təşkilatçısı olan Bakı şəhər Halqası Əməliyyat Şirkəti  (BŞHƏŞ) Vergilər Nazirliyini Məhkəməyə verib.

FED.az xəbər verir ki, hazırda məhkəmə işi Bakı Apellyasiya Məhkəməsində hakim Mirzə Tağızadənin sədrliyi ilə baxılır. Məhkəmə işinə görə,  BŞHƏŞ-in iddiasının ünvanı Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti və Bakı şəhəri Milli Gəlirlər Departamentidir. Şirkət nazirliyin bu iki qurumundan “müəyyən hərəkətləri etməkdən çəkinmə”yi tələb edir.  İşə ilk dəfə Bakı İnzibati İqtisadi Məhkəməsində baxılıb və iddia ərizəsi qismən təmin edilib.

Cavabında Bakı şəhəri Milli Gəlirlər Departamenti apellyasiya iddiası qaldırıb.