Sambo çempionatında Azərbaycan himninin əvəzinə Ermənistan himni səsləndi – VİDEO
Gənclər arasında sambo üzrə Serbiyanın Novıy Sad şəhərində keçirilən Avropa birinciliyində xoşagəlməz insident baş verib.
Oxu.Az xəbər verir ki, 62 kq-dək çəki kateqoriyasında qalib gəlmiş azərbaycanlı samboçu Kamran Əsgərovun təltif edilməsi zamanı Azərbaycan himninin əvəzinə Erməni himni səslənib.
İdmançımız pyedestaldan düşmək istəsə də, özünü saxlayır və bu mərasimin sonunu gözləyir.
Azərbaycan tərəfinin müraciətindən sonra məsələ tez öz həllini tapır, təşkilatçılar üzr istəyərək, Azərbaycan Respublikasının himnini səsləndirirlər.