XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

30 Aprel 2018 - 22:38

“Azərbaycan Qərbin Rusiya və İrana qarşı sanksiyalarına qoşulmayacaq” –Əli Həsənovdan açıqlama

 

“Rusiya, Türkiyə və İrana qarşı Qərbin sanksiyalarında iştirak məqsədilə Bakıya göstərilən təzyiqin nəticəsi olmayacaq”.

Bu barədə dövlət başçısının köməkçisi Əli Həsənov bildirib.

O, Facebook səhifəsində yazıb ki, bu məsələ ilə bağlı Azərbaycana təzyiq var: “Azərbaycan Qərbin sanksiyalarına qoşulmayacaq və ərazisindən başqa ölkələrə qarşı əməliyyat meydanı kimi istifadə olunmasına imkan verməyəcək. Azərbaycan Rusiya, İran və Türkiyənin dost xalqlarına qarşı sanksiyalarda iştirak etmir“, – deyə o qeyd edib.

Ə.Həsənov hansı sanksiyalardan söhbət getdiyini, bununla bağlı kimin və nə vaxt Bakıya təzyiq göstərdiyini dəqiqləşdirməyib.

Turan İA