XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 May 2018 - 10:13

İlahiyyat İnstitutu Komitənin tabeliyinə keçdi- Nazirlər Kabinetindən yeni qərar

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilib.

 

Trend-in məlumatına görə, dəyişikliyə əsasən, “Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 fevral tarixli 3654 nömrəli sərəncamının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na təhsil müəssisələri bölməsində Azərbaycan İlahiyyat İnstitutu əlavə edilib.