XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

01 May 2018 - 11:27

Səyyar “ASAN xidmət” Qovlarda olacaq- Bu tarixədək

Səyyar “ASAN xidmət” mayın 1-dən Tovuz rayonunun Qovlar şəhərində vətəndaşlara xidmət göstərməyə başlayıb.

“ASAN xidmət”in qrup rəhbəri Nail Məmmədov Azərtac-a bildirib ki, 15 gün müddətində Tovuz rayonu ilə yanaşı, Qazaxdan Goranboyadək 14 rayonun sakinləri və bu rayonlarda məskunlaşan məcburi köçkünlər xidmətlərdən yararlana biləcəklər. Bundan əlavə, mobil səyyar “ASAN xidmət” tərəfindən Tovuz rayonunun bütün yaşayış məntəqələrində sakinlərə xidmətlər göstəriləcək.

Səyyar xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.