XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 May 2018 - 12:25

Dövlət Komitəsi Naxçıvanda Nuh peyğəmbərə heykəl qoyulması barədə:"Burada bir qəbahət yoxdur"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Naxçıvan Duz Muzeyində Nuh peyğəmbərə heykəl qoyulmasına münasibət bildirib.

“Report”un məlumatına görə, Dövlət Komitəsinin sədri jurnalistlərə açıqlamasında deyib ki, burada bir qəbahət yoxdur.

Onun sözlərinə görə, Nuh və ya digər peyğəmbərlərin şəkilləri çəkilirsə, o zaman heykəl də qoyula bilər: “İsa, Musa peyğəmbərlərlə bağlı da şəkillər var. İslamda heykəl və şəkillə bağlı yanaşma fərqlidir. Amma Nuh peyğəmbər İslama qədərki dövrdə olub”.

Qeyd edək ki, Naxçıvan Duz Muzeyində Nuh peyğəmbərin heykəli qoyulub.