XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

01 May 2018 - 12:48

Dövlət Komitəsinin sədri:"İlahiyyat İnstitutuna 60 nəfər qəbul ediləcək və təhsil ödənişsiz olacaq"

“İlahiyyat İnstitutu hələlik Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin nəzdində fəaliyyət göstərəcək”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Sonrakı mərhələdə İlahiyyat İnstitununa ayrıca binanın verilməsi və ya kampusun tikilməsinin nəzərdə tutulduğunu deyən komitə sədri əlavə edib ki, bu il instituta qəbul aparılacaq.

O bildirib ki, ilkin mərhələdə iki fakültə üzrə 60 nəfər qəbul ediləcək və təhsil ödənişsiz olacaq.