XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

01 May 2018 - 16:25

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri işdən çıxarılıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin daha bir departament direktoru işdən çıxarılıb.

“Report” xəbər verir ki, bununla bağlı Dövlət Komitəsinin sədri Rövşən Rzayev əmr imzalayıb.

Əmrə əsasən, qurumun Beynəlxalq əməkdaşlıq, ictimiayyət və mətbuat xidməti departamentinin direktoru Elçin Qədimov vəzifədən azad olunub.

Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq, ictimiayyət və mətbuat xidməti departamentinin direktoru vəzifəsinə hələlik təyinat olmayıb.

Qeyd edək ki, bundan əvvəl Dövlət Komitəsi sədrinin köməkçisi Əkbər Əkbərov, qurumun Mənzil istismar departametinin direktoru Akif Mirzəyev və Repatriasiya departamentinin direktoru Elman İsmayılov işdən çıxarılıblar.

Xatırladaq ki, prezident seçkilərindən sonra hökumətin formalaşdırılması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Rövşən Şükür oğlu Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.