XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 April 2015 - 12:41

FHN-in 10 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib

Ceyranbatan massivində 1100 sidr ağacı əkilib

Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illik yubileyi münasibətilə bu gün nazirliyin Aparatı və Su Ehtiyatları Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilmişdir.

Nazirliyin Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, əməkdaşların fəallığı ilə müşayiət olunan aksiya zamanı Ceyranbatan su anbarı ətrafında böyük ərazidə təmizlik-abadlıq işləri aparılmış, 1100 sidr ağacı əkilmişdir. Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.