XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

01 May 2018 - 18:56

“Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında əsasnamə təsdiq edildi- Fərman

Prezident İlham Əliyev “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

“Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanına uyğun olaraq, əhalinin ipoteka kreditlərinə çıxış imkanlarının genişləndirilməsi və bu istiqamətdə görülən əməliyyatların avtomatlaşdırılması məqsədilə müvafiq beynəlxalq təcrübə nəzərə alınmaqla “Elektron ipoteka” sistemi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1126 nömrəli Fərmanı ilə “Elektron ipoteka” sistemi haqqında Əsasnamə” təsdiq edildikdən sonra ipoteka kreditləşməsi sahəsində elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada təqdim edilməsinə nail olunmuşdur. Bundan başqa, ipoteka kreditləşməsi mexanizmlərinin təkmilləşdirilməsi və bu sahədə şəffaflığın artırılması çərçivəsində “Elektron ipoteka” sistemi “Elektron hökumət” portalına inteqrasiya olunmuş və müvafiq dövlət qurumlarının informasiya sistemlərindən və ehtiyatlarından tələb olunan məlumatların bu sistemə ötürülməsi imkanı təmin edilmişdir.

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond) yaradılması və Fondun Nizamnaməsinə uyğun olaraq Fondun qarşısına yeni vəzifələrin qoyulması “Elektron ipoteka” sisteminin yenilənməsini zəruri edir.

Fərmanda qeyd edilir ki, “Elektron ipoteka” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1126 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1833; 2017, № 8, maddə 1521) ləğv edilir.

Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə “Elektron ipoteka və kredit zəmanət” sisteminin “Elektron hökumət” portalına inteqrasiyasını və müvafiq dövlət və qeyri-dövlət qurumlarının informasiya sistemlərindən məlumatların bu sistemə ötürülməsi imkanını təmin etmək tapşırılıb.

Daxili İşlər Nazirliyinə, Müdafiə Nazirliyinə, Ədliyyə Nazirliyinə, Vergilər Nazirliyinə, Gənclər və İdman Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Əmlak Məsələləri Dövlət Komitəsinə, Maliyyə Bazarlarına Nəzarət Palatasına və Dövlət İmtahan Mərkəzinə tapşırılır ki, “Elektron ipoteka və kredit zəmanət” sisteminin fəaliyyətinin təşkili üçün Fonda kömək etsinlər.

Fond bu Fərmandan irəli gələn məsələləri həll edəcək.