XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 May 2018 - 13:48

“ASAN Xidmət” Mərkəzinin direktoru işdən çıxarıldı –"Aqrolizinq" ASC-yə sədr təyin olundu YENİLƏNİB

3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin direktoru Seymur Aydın oğlu Mövlayev işdən çıxarılıb.

“Report” xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədri Ülvi Mehdiyev əmr imzalayıb.

Onun yerinə hələlik təyinat olmayıb.

***

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında “Aqrolizinq” ASC-yə yeni sədr təyin olunub.

“Report” xəbər verir ki, bununla bağlı nazir İnam Kərimov əmr imzalayıb. Əmrə görə, Seymur Aydın oğlu Mövlayev “Aqrolizinq” ə sədr təyin edilib.

Xatırladaq ki, Seymur Mövlayev 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin direktoru vəzifəsində çalışıb.