XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

03 May 2018 - 12:36

Nazirlik 1 saylı körpələr evi ilə bağlı yayılan görüntülərə reaksiya verdi:"İctimaiyyətə təhrif edilmiş formada təqdim edilib"

Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsinin tabeliyində olan 1 saylı körpələr evi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

Trend-in məlumatına görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova qeyd edib ki, aparılan araşdırmanın nəticəsinə görə, görüntülər təhrif edilmiş formada ictimaiyyətə təqdim edilib.

Onun sözlərinə görə, görüntülərdən aydın olur ki, körpələr evindən ərzaq deyil, istifadə olunmuş yataq dəstləri yuyulmaq üçün maşına yüklənilib: “Uşaq bezləri məsələsinə gəldikdə, oradan 0-1 ölçülü bezlər 3-4 ölçülü bezlərlə dəyişdirilməsi üçün aparılıb”.